Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:51

İran BMT-dəki səfirinə ABŞ-ın münasibətini «qəbuledilməz» adlandırır


Hamid Abutalebi
Hamid Abutalebi
-

İran BMT-yə təklif etdiyi səfirə dair ABŞ-ın narahatlığını rədd edir. Vaşinqton Hamid Abutalebi-nin 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin tutulmasında şübhəli roluna görə onun Birləşmiş Ştatlara daxil olmasına etiraz edir.

Aprelin 8-də Obama administrasiyasının bu təyinatı «real» adlandırmaması İranın sərt tənqidinə səbəb olub. Xarici İşlər Nazirliyi ABŞ-ın bəyanatını «qəbuledilməz» adlandırıb.

İran Abutalebi-ni ölkənin baş diplomatlarından biri adlandırıb. Onun İtaliya, Belçika və Avstraliyada səfir təcrübəsi sadalanıb.

Abutalebi səfirliyin tutulmasında hər hansı rolunu danır, ancaq girov götürənlərin tərcüməçisi kimi çalışdığını deyir.
XS
SM
MD
LG