Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:58

Rusiya İrana görə ABŞ-ın xəbərdarlığını rədd edir


Rusiya İranla neftə görə ərzaq sazişinin imzalanmasına qarşı ABŞ-ın xəbərdarlığını rədd edib. Xarici işlər nazirinin müavini Sergei Ryabkov deyib ki, bu hədələr Moskvanı qorxutmur.

RİA Novosti agentliyinin aprelin 9-da yaydığı məlumata görə, Ryabkov deyib ki, Rusiya-İran ticarətinin güclənməsi «heç kimə qarşı hansısa siyasi, yaxud iqtisadi problem elementi olmayan təbii prosesdir».

«Kommersant»ın yazdığına görə, Moskva günə 500 min barel İran nefti almağı planlaşdırır. Bu razılaşmanın qüvvəyə minməsi, analitiklərin fikrincə, ötən il dünya gücləri ilə İranın razılaşdırdığı ixrac limitinin pozulması deməkdir.

ABŞ Dövlət katibi John Kerry aprelin 7-də bəyan edib ki, Rusiya və İran neft kontraktını həyata keçirsə, Vaşinqton sanksiya tətbiq edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG