Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:05
-

Aprelin 10-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıların qısa xülasəsini təqdim edir

ƏLİYEVİN «BALANSLAŞDIRILMIŞ VƏ MÜSTƏQİL» UĞURSUZLUQLARI

«Azadlıq» qəzetində Seymur Həzi yazır:

«NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə nümayəndəsi bu yaxın günlərdə demişdi ki, Azərbaycan NATO ilə ancaq enerji resurslarının təhlükəsizliyi istiqamətində əməkdaşlıqda maraqlıdır. Əslində, hakimiyyətin köpükdən dağ düzəltdiyini biz də bilirdik, amma «yalançının şahidi yanında olar» deyib atalar. İlham Əliyev Qarabağ üçün NATO ilə əməkdaşlıq etmir, Türkiyə ilə etmir, bircə qalır Rusiya. Onlar da Ermənistanla 50 illik hərbi tərəfdaşlıq müqaviləsi imzalayıblar.

Yəqin, durub vaxtımızın gəlməsini gözləyirik. Həm də yazıda deyildiyi kimi, İlham Əliyev indi «sözlü hücum» əmri verib axı... Əsas deyişmənin alınmasıdır. Torpaq orada durub da, qaçmır, köhnəlmir».

«GÜLƏR ƏHMƏDOVA DÖYÜŞƏ HAZIRLAŞIR»

Gülər Əhmədova

Gülər Əhmədova

Aprelin 11-də Bakı Apelyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəməsi olacaq. Ali Məhkəmənin verdiyi qərara əsasən, apelyasiya məhkəməsi hökmdən verilən qərarla bağlı işə qismən yenidən baxacaq. Sabiq deputatın vəkilinin verdiyi vəsatətlər qismən təmin olunduğu üçün sonucun nisbətən onun xeyrinə olacağı gözləntiləri də var. G. Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov «Yeni Müsavat»a müsahibəsində məhkəmə ilə bağlı gözləntilərindən danışıb.

- Bugünlərdə «Azadlıq» radiosunda efirə gedən verilişdə hüquqşünaslar da bu mövzunu müzakirə etmişdi. Gəlinən rəy o idi ki, Gülər Əhmədovaya bəraət verilə bilər, çünki ortada zərərçəkən yoxdur.

- İndi bu, hüquqşünasların gəldiyi nəticədir. Onlar öz fikirlərini hüquqi terminlərlə ifadə ediblər. Deyiblər ki, əgər o videoda pul alınıb-verilməsi səhnəsi yoxdursa, Elşad Abdullayev gəlməyibsə, burda nədən danışmaq olar? Məhkəmədə çəkişmə olmalıdır. Amma burda tərəf yoxdur. Gülər Əhmədova kiminlə çəkişəcək? Gülər Əhmədova, vəkili bir söz deyirsə, onun dediyini nə təsdiq, nə də inkar edən tərəf var.

- Məhkəmə öncəsi Gülər Əhmədovanın durumu necədir?

- Türmədə olan insan necə ola bilər? Özü də Gülər kimi aktiv siyasətçi. İndi əsəb gərginliyi var. Amma ümumən pis deyil, döyüşə hazırlaşır. Gülər Əhmədovada belə bir xüsusiyyət var, döyüşə mənən hazırlaşır. Amma kiminlə döyüşəcək, bilinmir.

ÜMUMMİLLİ LİDERLİK ÖRNƏYİ

«Azərbaycan» qəzetində baş redaktor Bəxtiyar Sadıqov yazır:
Dünya xalqlarının özünəməxsus ölçü meyarları var. Və hər dəfə kiminsə böyüklüyünü, əzəmətini göstərmək istəyəndə onu meyar sayılan şəxsiyyətlərlə müqayisə edirlər....

* Sokrat (Socrates) - ən müdrik filosof;
* Siseron (Cicero) - ən mahir natiq;
* Loğman - ən bilikli həkim;
* İsgəndər - ən böyük sərkərdə;
* Rüstəm-Zal - ən güclü pəhləvan;
* Taleyran (Talleyrand) - ən bacarıqlı diplomat;
* Vaşiqton və Adenauer – (Washington) ən ağıllı dövlət başçıları kimi tarixə düşmüşlər.

Heydər Əliyev isə türk dünyasının örnək ümummilli lideri səviyyəsinə yüksəlib. H. Əliyevin Sumqayıt şəhərindəki heykəli

H. Əliyevin Sumqayıt şəhərindəki heykəli

Əgər Heydər Əliyev olmasaydı və xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıtmasaydı bu gün nəinki müstəqil və modern Azərbaycan dövləti, ümumilikdə «Azərbaycan dövləti» adlı anlayış belə olmayacaqdı! Çünki maraqlı qüvvələr çoxdan onu öz istəklərinə uyğun şəkildə keçmişdəki kimi xırda xanlıqlara parçalayaraq dünya xəritəsindən silmişdilər!

Biz bunu bu gün - Krımın Ukraynadan qoparıldığı və Ukrayna kimi böyük bir dövlətin parçalanmaq təhlükəsi yaşadığı zamanda xatırlatmağı xüsusilə vacib sayırıq!
Hazırda bir sıra siyasətçilərin söylədikləri maraqlı fikri də yenidən diqqətə çəkirik:

«Əgər Ukraynanın Heydər Əliyevi meydana çıxmasa, vəziyyət heç də ürəkaçan olmayacaqdır!».

Bu, təkcə uzaqgörən siyasətçilərin ciddi xəbərdarlığı deyil, həm də dünyanın Heydər Əliyevə verdiyi dəyərdir!

HƏYATA KEÇİRİLMƏYƏN ARZULAR

«AzərTac» xəbər verir ki, Londonun «Oxo Tower Wharf» məkanının qalereyasında Azərbaycanın qaçqın və məcburi köçkünlərinin həyat tərzindən bəhs edən şəkillərindən ibarət «Həyata keçirilməyən arzular: Azərbaycanın qaçqınları və məcburi köçkünləri» adlı sərgi açılıb. Fotoların müəllifi sosial və siyasi fotojurnalist Ed Kashi-dir. Təşkilatçılar «VII Photo» təşkilatı və Avropa Azərbaycan Cəmiyyətidir (AAC).

Fotojurnalist Ed Kashi Azərbaycan haqqında təəssüratlarını iştirakçılar ilə bölüşüb, şəkilləri çəkərkən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat tərzi barədə əldə etdiyi məlumatlardan danışıb. Sərgidə təqribən 875 min azərbaycanlı məcburi köçkünün əzab-əziyyətlərindən bəhs edən sənədli fotoşəkillər nümayiş etdirilir.

BAKI VƏ TEHRAN YAXINLAŞMAĞA DOĞRU GEDİR

«Zerkalo» qəzetində oxuyuruq ki, Azərbaycan Qərblə İran arasında münasibətlərin normallaşması üçün körpü rolunu oynaya bilər.

Prezident İlham Əliyevin İrana səfərinə toxunan müəllif son vaxtlar ikitərəfli kontaktların fəallaşdığını vurğulayır. Politoloq Elman Nəsirov «Novosti.az»a deyib ki, İranda Bakı ilə Tehranın münasibətlərinin inkişafında maraqlı olmayan hərbi-siyasi qüvvələr var və onların məqsədi problem yaratmaqdır. Ancaq İranın yeni prezidenti sələfindən fərqli olaraq dünya ictimaiyyəti ilə inteqrasiya siyasəti aparır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG