Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30

Allahşükür Paşazadə Qaraçay-Çərkəz-ə yubileyə gedir


Hacı Allahşükür Paşazadə

Hacı Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə aprelin 10-da Rusiyanın Qaraçay-Çərkəz respublikasına səfərə gedir.

Bu barədə Qafqaz müsəlmanları idarəsi məlumat yayıb. Məlumatda qeyd edilir ki, A. Paşazadə Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin 60-cı illik yubileyində iştirak edəcək.

Daha sonra onun sədrliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının növbəti toplantısı keçiriləcək. Toplantının gündəliyi barədə məlumat yoxdur.
XS
SM
MD
LG