Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:21

İran regionda cografi sərhədlərin dəyişdirilməsinin əleyhinədir


İran prezidenti Hasan Ruhani deyib ki, “biz Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regiondakı bütün problemlərin beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapmasının tərəfdarıyıq”

İranda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Ruhani bildirib ki, “bölgəmizdə coğrafi sərhədlərin dəyişdirilməsi bizim nəzərimizdə qəbuledilməzdir. Biz belə oxşar məsələlərin danışıqlar və sülh yolu ilə həll olunmasına çalışmalıyıq.”

İran prezidenti deyib ki, iki ölkə arasında əlaqələrin tərəqqisinə heç bir maneə yoxdur: “Azərbaycan və İran iki yaxın qonşu, dost, qardaş və həmməzhəb ölkədir.”

Ruhani deyib ki, “ hər iki ölkənin İslam və məzhəbə baxışları eynidir və İslamın vasitə kimi ekstremist hərəkətlərdə istifadə olunmasını region üçün təhlükə hesab edirik. Ona görə də regionda sabitliyin qorunması üçün mötədillik və terrorizmlə mübarizədən başqa yolumuz yoxdur”.

Azərbaycan prezidenti İlham Əliyev İranda rsmi səfərdədir. Aprelin 9-da İranla Azərbaycan arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb.
XS
SM
MD
LG