Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:40

«Botanika bağı»nın direktoru işdən çıxarılıb


-
«Botanika bağı»nın direktoru Oruc İbadov aprelin 9-da vəzifəsindən azad olunub.

Direktor səlahiyyətləri Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru Validə Əlizadəyə verilib.

Bu barədə AzadlıqRadiosuna AMEA Mərkəzi Nəbatat Bağından («Botanika bağı») məlumat verilib.

Bu kadr dəyişikliyinin son günlər «Botanika bağı»nda ağacların kəsilməsi ilə bağlı olub-olmadığı barədə bir söz deyilmir. Oruc İbadovun iki ildir səhhətində problemlər olduğu bildirilir.
XS
SM
MD
LG