Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:20

Lökbatandakı kütləvi zəhərlənməyə görə... töhmət verilib


Qaz sızmasını bildirən maddə Lökbatan sakinlərini
zəhərləyib
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

Qaz sızmasını bildirən maddə Lökbatan sakinlərini zəhərləyib

-
Ötən ay Qaradağ rayonunun Lökbatan qəsəbəsində məişət qazından kütləvi zəhərlənməyə görə yaradılan komissiya işini yekunlaşdırıb.

Bu haqda AzadlıqRadiosuna ARDNŞ mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib.

Onun sözlərinə görə, komissiya bu nəticəyə gəlib ki, kütləvi zəhərlənmə təhlükəsizlik qaydalarının pozulmasından qaynaqlanıb:

«Hadisəyə səbəb təmirdən sonra qaz verilərkən xəttin içərisinə dolmuş havanın xətdən çıxarılmamasıdır. Həmin hava odorantla qarışaraq mənzillərə verilib. Bu qaz yüngül zəhərlənmə doğurub. «Azəriqaz» İstehsalat Birliyinin Qaradağ Qaz İstismar Sahəsi də işlərin təhlükəsiz yerinə yetirilməsini lazımi qaydada təşkil etməyib. Hadisənin digər səbəbi odorantın özünəməxsus kəskin iyinin olması barədə əhali arasında gərəkli maarifləndirmənin aparılmamasıdır».

Nizaməddin Quliyevin sözlərinə görə, hadisəyə görə məsuliyyət daşıyan şəxslər cəzalandırılıb:
«Qaz xəttində təmir işləri qurtardıqdan sonra boru xəttində olan havanın üfürülərək tam çıxarılmasını təmin etmədiklərinə görə məsul şəxslər cəzalandırılıb. Qaradağ Qaz İstismar Sahəsi və Qaz İxrac İdarəsinin bəzi yüksəkvəzifəli şəxslərinə də axırıncı xəbərdarlıq və şiddətli töhmət verilib».

Bu il martın 6-da Lökbatan qəsəbəsində bir neçə binanın sakinləri odorantdan kütləvi zəhərlənmişdi. Evlərə çəkilmiş qaz borularına odorantın normadan artıq vurulması hadisəyə səbəb göstərilmişdi. Hadisədən bir nəfərin həlak olduğu da bildirilsə də, sonradan bu məlumat yalanlanmışdı.
XS
SM
MD
LG