Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:56

«Qanun»un şikayəti üzrə hazırlıq iclası olub


1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində «Qanun» jurnalı redaksiyasının Vergilər Nazirliyinin Vergi Auditi Departamentindən şikayəti üzrə hazırlıq iclası olub.

Məhkəmə aprelin 23-nə təyin olunub.

Bu haqda AzadlıqRadiosuna redaksiyanın vəkili Müzəffər Baxışov məlumat verib.

Vergi Auditi Departamenti ötən il noyabrın 1-də «Qanun» jurnalının redaksiyasında yoxlama aparıb. Yoxlama zamanı redaksiyadan sənədlər, əlyazmalar və kompüterlər götürülüb.

Məhkəməyə üz tutan redaksiya axtarışın və sənədlərin götürülməsinin qanunsuz əməl kimi tanınmasını istəyir.

Yoxlama nəticəsində Vergilər Nazirliyi «Qanun» jurnalının 31 min manat məbləğində vergini ödəməkdən yayındığını bildirib. 15 min manat isə cərimə sanksiyası tətbiq olunub.

Vəkil deyir ki , bu, heç bir hüququ əsası olmayan yoxlamadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG