Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:35

«Azərbaycan mədəniyyətində Əli bəy Hüseynzadə fenomeni»


Əli bəy Hüseynzadə
Əli bəy Hüseynzadə
-
Aprelin 9-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş «Azərbaycan mədəniyyətində Əli bəy Hüseynzadə fenomeni» mövzusunda Dəyirmi Masa keçirib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, dəyirmi masada «Ədəbiyyat qəzeti» baş redaktorunun müavini, tənqidçi, publisist Azər Turan «Əli bəy Hüseynzadə və milli kimlik məsələsi», Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Məsməxanım Qubadova «Əli bəy Hüseynzadə və Azərbaycan teatrı» mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə iştirak edən Azərbaycanın elm, mədəniyyət, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri, ədibin qohumlarının iştirakı ilə Əli bəy Hüseynzadənin həyat və zəngin yaradıcılığı barədə müzakirələr aparılıb.

Dəyirmi masa Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında prezident Sərəncamına əsasən təşkil olunub.
XS
SM
MD
LG