Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:40

Şəki «Aqroservis» filialında 845 min manat mənimsəmə


-
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon «Aqroservis» filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluğun aprelin 9-da yaydığı məlumatda deyilir ki, cəmiyyətin Şəki rayon «Aqroservis» filialının müdiri Rafim Qurbanov 66 kənd təsərrüfatı istehsalçısının adına onların məlumatı olmadan mineral gübrələrin güzəştli şərtlərlə satışını rəsmiləşdirib.

«Ayrı-ayrı fiziki və hüquqi şəxslərə sataraq əldə olunmuş 789 min 512 manatı, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən aldıqları gübrə üçün ona verilmiş 55 min 124 manatı müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib».

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
XS
SM
MD
LG