Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:23

Gəncədən İstanbula uçuşların sayı artıb


Türk Hava Yollarının (THY) təyyarəsi
Türk Hava Yollarının (THY) təyyarəsi
Türk Hava Yollarının (THY) Gəncə nümayəndəliyindən verilən məlumata görə, İstanbul-Gəncə-İstanbul istiqamətində uçuşları təşkil edən «Onur Air» aviaşirkətinin fəaliyyətinin dayanması nəticəsində THY-dən istifadə edənlərin sayı artıb.

Bunu nəzərə alan şirkət sözügedən istiqamətdə uçuşların sayını artırıb. Belə ki, əvvəllər uçuşlar çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri həyata keçirilirdisə də, aprelin 1-dən etibarən həftənin çərşənbə və cümə günləri də uçuşlara başlanılıb.

Nümayəndəlikdən bildirilib ki, çərşənbə, cümə və bazar günləri İstanbul-Gəncə-İstanbul uçuşları birbaşa, çərşənbə axşamı, cümə axşamı, şənbə günləri isə Gəncə-İstanbul birbaşa, İstanbul Gəncə isə Naxçıvana enməklə həyata keçiriləcək.
XS
SM
MD
LG