Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:51

Luqansqda etirazçıların tutduğu binanı 50-dən çox adam tərk edib



Ukraynanın şərqindəki Luqansk şəhərində rusiyapərəst fəalların ələ keçirdiyi DTK-nın rayon binasını 51 nəfər tərk edib.

Xəbəri Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti yayıb.

Aprelin 6-dan binanı zəbt edən etirazçıların ora partlayıcı qurğular yerləşdirdiyi və 60 nəfəri girov götürdüyü bildirilirdi. Aprelin 9-da binanı 51 nəfər tərk edib.

Binadan çıxanlar silahsız olublar. Onların etirazçı, yoxsa girov saxlanılan şəxslər olduğu məlum deyil.
XS
SM
MD
LG