Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:39

«Toyota» 6.5 milyon avtomobili geri çağırır


-
Yaponiyanın iri avtomobil istehsalçısı olan «Toyota» şirkəti dünya üzrə satılmış 6 milyon yarım avtomobilin geri çağırıldığını elan edib.

Belə bir qərar avtomobillərin idarəetmə sistemi və oturacaqlarındakı çatışmazlıqların aşkar olunmasından sonra qəbul edilib.

Həmin avtomobillər 2004-2010-cu illərdə istehsal olunmuş «Yaris», «Urban Cruiser» «RAV4» və «Hilux» modelləridir.

Qeyd olunan nöqsanlarla bağlı indiyə qədər hər hansı bir hadisə baş verməyib.

Fevralda «Toyota» şirkəti proqram sistemindəki problemlərin aradan qaldırılması üçün «Prius» modelindən olan 2 milyona yaxın avtomobili geri çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG