Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:37

Vyanada korrupsiya əleyhinə konfrans başlayır


Aprelin 9-da Vyanada «parlamentarilərin, hakimlərin və prokurorların korrupsiyanın qarşısının alınmasında məhsuldarlığını artırmaq»la bağlı konfrans başlayır. Konfransda Azərbaycanı deputatlar Çingiz Qənizadə ilə Zahid Oruc təmsil edir.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq Antikorrupsiya Akademiyasının təşkilatçılığı ilə keçirilən toplantıda Avropa Şurasının Korrupsiya Əleyhinə Dövlətlər Qrupuna (GRECO) üzv olan 47 ölkənin nümayəndəsi iştirak edir.

Konfransda korrupsiya hallarının aradan qaldırılması, korrupsiyaya qarşı mübarizədə cəmiyyətin maarifləndirilməsi, bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunacaq.

Tədbir aprelin 12-nə qədər davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG