Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:52
-

Aprelin 9-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


İRAN VƏ AZƏRBAYCAN DİGƏR ÖLKƏLƏRLƏ BİRLİKDƏ REGİONDA SABİTLİK YARADA BİLƏRLƏR

Bunu Trend agentliyinə müsahibəsində İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur deyib.

Rəhimpur deyib ki, «iki ölkə arasında iqtisadi əlaqələr qənaətbəxşdir, lakin daha yüksək səviyyədə ola bilər. İki ölkənin mədəniyyətinin oxşarlıqları və özünəməxsus xüsusiyyətləri var. Mədəniyyət sahəsində əlaqələr hər iki ölkənin aidiyyəti qurumlarının nəzarəti ilə daha da genişləndirilməlidir. Hazırda bu istiqamətdə işlər görülür və ümid edirik ki, iki ölkə bu sahədə və dini sahədə əməkdaşlığı genişləndirmək üçün bir-birinin potensialından geniş istifadə edəcək.
Siyasi baxımdan da iki ölkə arasında münasibətlər yaxşıdır və İran və Azərbaycan ikitərəfli məsələlərdə, regional və beynəlxalq proseslərdə bir-birinə yardım edirlər. Düşünürəm ki, regionun təhlükəsizliyinin təminində də İran və Azərbaycan digər region ölkələrinin iştirakı ilə birgə əməkdaşlıq edə və regionda sabitlik yarada bilərlər. Bu gün regionun digər bölgələrində iki ölkənin iradəsindən kənar hadisələr baş verir, bu səbəbdən də İran və Azərbaycanın daima məsləhətləşmələr aparmasına ehtiyac var».

HÖKUMƏT XALQI ALDATDI

«Azadlıq» qəzeti Əli Kərimlinin qiymət artımı ilə bağlı fikirlərinə yer ayırıb.
Əli Kərimli

Əli Kərimli

Əli Kərimli bildirir ki, «payızdakı qiymət artımından cəmi 4 ay sonra benzinin qiymətini yenidən qaldırdılar. Milli Şuranın «Qiymət artımına son!» tələbilə ötən ilin 15 dekabrında keçirdiyi mitinqi xatırlayırsınız? Mitinq hazırlıqları zamanı biz açıq deyirdik ki, qiymət artımının yenə də davam edəcəyi gözlənilir. Çünki artıq ölkəmizdə neft istehsalı aşağı düşür. Azərbaycanı işğal etmiş acgözlər isə neftin bol vaxtlarından korrupsiya yolu ilə hər il milyardlar əldə etməyə möhkəm alışıblar. İndi fondlarına, «qara kassa»larına dəyən ziyanı kompensasiya etmək üçün qiymətləri qaldırıb, xalqı daha dərindən soymaqdan başqa ağıllarına çıxış yolu gələn deyil».

«SOVETSKİ»DƏ CİDDİ NARAZILIQ

«Yeni Müsavat» qəzeti yazır ki, sakinlər hökumətin dediyi müddəti gözləyir, aksiyalar da istisna deyil.

Narazı sakinlər «Yeni Müsavat»a bildiriblər ki, razılaşıb pulunu alan və köçən sakinlər «Sovetski» əhalisinin heç 10 faizi deyil. Onlar da mənzili böyük olanlardır, bu, onlara sərf eləyir. Kiçik mənzili olanların sayı isə onlardan bir neçə dəfə çoxdur. Bəs onların aiqbəti necə olacaq?». Sakinlər sonuncu görüşdə Abid Şərifovun dediklərini gözləyirlər: «Bizə bildirildi ki, hazırda inventarlaşdırma gedir və 3 aya yaxın çəkəcək. Əslində sakinlərə pul yox, ev lazımdır».

BAKIDA QUBA ALMASI QITDIR, QUBADA ALICI

«Bizim Yol» qəzeti yazır ki, Quba fermerlərinin ölkə bazarlarına çıxışı bağlanıb. Quba sakini Valeh Aydəmirov deyir ki, nə Bakı bazarına üz tuta bilirlər, nə də xarici bazara: «Bakıya üz tuta bilmirik, çünki oralar çoxdan tutulub. Məhsulumuz Rusiyaya elə bir qiymətə gedib çıxır ki, bu da bizə sərf etmir».

AVROPA MƏHKƏMƏSİNİN QƏRARLARINDAN UCUZ SENSASİYA...

Bunu «Azərbaycan» qəzetinə müsahibəsində ədliyyə naziri Fikrət Məmmədov deyib.
Fikrət Məmmədov

Fikrət Məmmədov

Nazir bildirib ki, heç bir dövlət ədalət mühakiməsinin tam təkmil olduğunu deyə bilməz: «Avropa Məhkəməsinin ötən il bütün Avropa dövlətləri üzrə çıxardığı qərarların üçdə birinin məhz ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə bağlı olması bunu bir daha sübut edir».

Nazir Azərbaycandan Avropa Məhkəməsinə şikayətlərin və məhkəmənin Azərbaycana qarşı qərarlarının artması barədə xəbərləri təkzib edib. Fikrət Məmmədov deyib ki, Azərbaycana qarşı çıxarılan qərarların sayı nəinki artıb, əksinə 2013-cü ildə azalaraq 8 qərar təşkil edib.

AVROPA OYUNLARINA HAZIRLIQ

«Yeni Azərbaycan» qəzeti gənclər və idman naziri Azad Rəhimovun fikirlərinə yer ayırıb.

Nazir deyib ki, «hazırda tikilməkdə olan idman kompleksləri, idman avadanlıqlarının alınması, idman qurğularının dizaynı sahəsində böyük işlər görülür». Azərbaycan ismançılarının çıxışlarına gəldikdə, nazir deyib ki, «istər digər Olimpiya oyunları, istərsə də ilk Avropa Oyunlarında Azərbaycan yığması bütün çəkilərdə iştirak edəcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG