Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:52

İran sərhədlərin dəyişdirilməsinin əleyhinə olduğunu deyir


İlham Əliyev və Hassan Rouhani - Tehran, 9 aprel 2014

İlham Əliyev və Hassan Rouhani - Tehran, 9 aprel 2014

İran prezidenti Hassan Rouhani deyib ki, “biz Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regiondakı bütün problemlərin beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapmasına tərəfdarıq”


İranda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Rouhani bildirib ki, “bölgəmizdə coğrafi sərhədlərin dəyişdirilməsi bizim nəzərimizdə qəbuledilməzdir. Biz belə oxşar məsələlərin danışıqlar və sülh yolu ilə həll olunmasına çalışmalıyıq.”

İran prezidenti deyib ki, iki ölkə arasında əlaqələrin tərəqqisinə heç bir maneə yoxdur: “Azərbaycan və İran iki yaxın qonşu, dost, qardaş və həmməzhəb ölkədir.”

Rouhani deyib ki, “ hər iki ölkənin İslam və məzhəbə baxışları eynidir və İslamın vasitə kimi ekstremist hərəkətlərdə istifadə olunmasını region üçün təhlükə hesab edirik. Ona görə də regionda sabitliyin qorunması üçün mötədillik və terrorizmlə mübarizədən başqa yolumuz yoxdur”.

***

Aprelin 9-da Tehranda İran və Azərbaycan prezidentlərinin iştirakı ilə iki ölkə arasında 3 saziş və bir razılaşma sənədi imzalanıb.

İmzalanan sənədlər bunlardır:

- İran İslam Respublikası Daxili İşlər Nazirliyi ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi arasında saziş,

- İranın Yol və Şəhərsalma Nazirliyi ilə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında saziş,

- iki ölkənin idman və gənclər sahəsində birgə əməkdaşlığa dair saziş,

- iki ölkənin su elektrik stansiyalarının tikilməsi və istismara verilməsi xüsusunda birgə əməkdaşlığa dair müqavilə.

***

Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri başlayıb.

AzərTac-ın xəbərinə görə, Azərbaycan və İranın dövlət bayraqları ilə bəzədilmiş Tehranın «Mehrabad» hava limanında prezidentin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidentini İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıb.

Səfər zamanı ölkələr arasında sənədlər imzalanacağı, iki ölkə başçısının birgə bəyanatla çıxış edəcəyi bildirilir.

Dövlət başçısı İrana Naxçıvandan gedib.

Foto İran prezidentinin Twitter səhifəsindən götürülüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG