Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:22

Qərb diplomatları Ukraynadakı böhranı müzakirə edəcək


Catherine Ashton
Catherine Ashton
-

Avropa Birliyinin xarici siyasət üzrə yüksək səviyyəli təmsilçisi Catherine Ashton-un ABŞ, Rusiya və Ukrayna liderləri ilə Ukraynadakı böhranı müzakirə edəcəyi gözlənilir. Görüşdə AB rəsmisi ilə yanaşı ABŞ Dövlət katibi John Kerry, Rusiya XİN Sergei Lavrov və Ukraynanın XİN Andriy Deshchytsya iştirak edəcək.

AB diplomatları görüşün Avropada keçiriləcəyini bildirsələr də, hələ ki, görüşün dəqiq yeri və vaxtı açıqlanmır.

Görüşdən əvvəl John Kerry Rusiyanın agent və təhlükəsizlik qüvvələrini Ukraynanın şərqində təxribatçı hərəkətlər törətməkdə ittiham edib.
XS
SM
MD
LG