Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:23

Kerry Şərqi Ukraynadakı hadisələri Rusiya agentlərinin törətdiyini bildirir


Dövlət katibi Kerry deyib ki, Ukraynaya Rusiya agentləri göndərilib, onlar burda xaos yaradır.

Kerry bu sözləri ABŞ Senatında aprelin 8-dəki dinləmədə deyib.

O bildirib ki, “son 48 saatda gördüklərimiz Rusiya provokatorlarının və agentlərinin şərqi Ukraynada xaos törətməsidir”.

Kerry belə hərəkətləri “qanunsuz” adlandırıb.

Kerry deyib ki, Rusiya bu hərəkətləri davam etdirsə, ABŞ və onun Avropa müttəfiqləri Rusiyanın enerji, bank və mədən sektorlarına qarşı yeni sanksiyalar qoymağa meyillidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG