Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:39
-
“Sizə danışdıqlarım tək mənim yox, rayonumuzda yüzlərlə ailənin başına gələn işdir. Vaxtilə tonlarla pambığı əkib, becərib, yığıb dövlətə təhvil vermişik, hələ də pulumuzu ala bilmirik”.

Biləsuvarın İsmətli kəndidnə yaşayan İxtiyar Ağayev AzadlıqRadiosunun “Qaynar xətt”inə rayon rəhbərliyindən şikayətlənib. Deyir, 10 ilə yaxındır ki, ailəlikcə yığıb dövlətə təhvil verdikləri tonlarla pambığın pulunu ala bilmirlər:

20 İL ƏVVƏLİN BORCU...

“Ailəmiz 1995-96-cı illərdə pambıq əkib, dövlətə təhvil verib. Uzun müddət çəkdiyimiz zəhməttin haqqını almaq üçün məhkəmə yollarında düşüb qalmışıq. 1999-cu ildə ailəlikcə məhkəməyə müraciət etmişik. Məhkəmə də o vaxtkı pulla 8 milyon 845 min manatın ailəmizə ödənilməsi barədə qətnamə çıxarıb”.

1999-cu ildə çıxarılan qətnamə yerli icra hakimiyyəti tərəfindən icra olunmadığına görə Ağayevlər 2004-cü ildə yenə mhəkəməyə müraciət ediblər. Məhkəmə bu dəfə də qətat çıxarıb ki, pul dövlət tərəfindən ailəyə ödənilsin. İkinci qərarın üstündən də 10 il keçib. 20 il əvvəl yığılmış pambığın pulu Ağayevlərə hələ də ödənilməyib.
Arxiv - foto

Arxiv - foto


“TORPAĞIMIZI ƏLİMİZDƏN ALDILAR Kİ, PAMBIQPULU TƏLƏB ETMƏYƏK”

İxtiyar Ağayev deyir, hökumətlə pabmıqpulu davası aparmaları onlara başqa zərərlər də vurub. 2 hektardan çox torpaq sahəsi əllərindən alınıb və 7 il başqasının istifadəsində olub:

“Biz bunlarla zəhməthaqqı davası apardığımıza görə başımızı başqa cür qatmaq istədilər. Əkib-becərib dolanışıq götürdüyümüz 2 hektardan çox torpaq sahəmizi zorla əlimizdən alıb başqasına verdilər. 7 il də torpağımıza görə məhkəmə yollarında qaldıq”.

2010-cu ildə Biləsuvar rayon Məhkəməsi torpağın alınıb Ağayevlərə qaytarılması və ailənin torpaqdan məhrum olduğuna görə 7 ildə itirdiyi 23 min manat mənfəətin ödənilməsi iddiasını təmin edib. Yuxarı məhkəmələr rayon məhkəməsinin qətnaməsindəki torpağın qaytarılması ilə bağlı hissəsini qüvvədə saxlasalar da, itirilmiş mənffətin qaytarılması ilə bağlı hissəsini ləğv edib:

“Deməli, məhkəmələr təsdiqləyirlər ki, torpaq əlimizdən zorla alınıb qeyri-qanuni olaraq başqasının istifadəsinə verilib. Biz öz torpağımızı əkib xeyir götürməkdən 7 il məhrum olmuşuq. Ancaq eyni zamanda da həmin müddət ərzində itirdiyimiz gəlirin bizə qaytarılması iddiamızı rədd edir”.

Ağayevlər 7 il ayrı düşdükləri torpaqda 2 ilə yaxındır ki, arpa əkib dolanışıqlarını təmin edirlər.

İxtiyar Ağayevin sözlərinə görə, rayonda pambıqpulusunu ala bilməyən, məhkəmələrə müraciət edən, ancaq qətnaməsi əlində qalan yüzlərlə ailə var. Həmin ailələr vaxtilə çəkdikləri zəhmətin haqqını tələb etməmək üçün bu və müxtəlif yollarla təzyiqlərlə üzləşirlər.

"DEYİRLƏR, ƏLİN HARA ÇATIR, ŞİKAYƏT ET"

İxtiyar Ağayev eşidəndə ki, məmurlar bölgə-bölgə gəzib vətəndaşların problemlərini dinləyirlər, sevincək olub. Amma:

“Keçən il dekabrın 26-da ədliyyə naziri Fikrət Məmmədov İmişlidə qəbul keçirirdi. Qəbula 10 gün qalmış teleqeram vurdum. Qəbula gələnləri hər vasitə ilə oradan uzaqlaşdırırdılar ki, nazirə sözlərini deyə bilməsinlər. Adımı zorla qəbula yazdırdım. Nazirlə görüşə bir neçə dəqiqə qalmış icra məmurları, məhkəmə sədri zəng vurdu ki, qayıt gəl, nazirlə görüşmə. Sənin pulunu necə olursa olsun, alıb özünə qaytaracağıq. Xeyli dil tökdülər, mən də razılaşdım, qəbula girmədən qayıdıb getdim kəndimə. Sonradan yenə rayon icra məmurları zəng vrudular ki, narahat olma, çalışıb sənin pulunu icra hakimiyyətinə ödətdirəcəyik”.

Bu vədlərin üstündən 1 ay ötür. İxtiyar Ağayev nə icra məmurlarından, nə də yerli icra hakimiyyətindən hərəkət görmür. Deməsinə görə, icra hakimiyyətinə üz tutanda isə ona deyilən son söz bu olur ki, “get, əlin hara çatırsa, şikayət et”.

Biləsuvar rayon icra hakimiyyətindən bildiriblər ki, vaxtilə fəaliyyətdə olmuş və aparılmış islahatlar nəticəsində fəaliyyətlərinə xitam verilmiş kolxozların bütün əmlakları sabiq kolxoz üzvlərinə olan əmək haqqı borclarının ödənilməsinə yönəldilib. Bununla belə borcları tam ödəmək mümkün olmayıb. Ancaq icra hakimiyyəti bu borcların nə vaxtsa kəndlilərə ödənilib-ödənilməyəcəyini konkret bildirmir. Bildirilən odur ki, keçmiş Pambıq Zavodu vaxtilə “28 may” kolxozuna yaranmış borcunu gərək ödəsin ki, kolxozun da vaxtilə borclu qaldığı adamların pulları ödənilsin.

İxtiyar Ağayev isə daha gözləmək fikrində deyil. O, prezidentə yazdığı məktuba müsbət cavab almayacağı və problemi həllini tapmayacağı təqdirdə xarici səfirliklərə müraciət edəcəyini deyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG