Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:59
Aprelin 8-də Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıcdaroğluna parlamentdə hücum olub.

Partiyasının qrup toplantısına girərkən naməlum şəxs ona 4 yumruq vurub. Kılıcdaroğlunun eynəyi sınıb. Polis hücum edən şəxsi həbs edib.

Hücuma məruz qalan Kemal Kılıcdaroğlu partiyasının qrup toplantısında çıxış edib. Deyib ki, «hamını sükuta çağırıram. Demokratiya yolu maneələrlə doludur. Bu CHP liderinə olan ilk hücum deyil. Rəhmətlik İsmet İnönüye də daş atılmışdı, başı yarılmışdı, hücumlar olmuşdu. Bizim bir hədəfimiz var – bu ölkəyə sağlam bir demokratiya ya gətirəcəyik, ya da gətirəcəyik».

Kılıcdaroğlu deyib ki, heç bir hücum qarşımızı ala bilməz, geri addım atmayacağıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG