Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:04

Bakıda karikaturaçı rəssamın fərdi sərgisi açılıb


- Sizə demədimmi, bir kərə yüksələn bayraq, bir daha enməz!

Sizə demədimmi, bir kərə yüksələn bayraq, bir daha enməz!

Aprelin 7-də Azərbaycan Rəssamlar İttifaqının Art Qalereyasında karikaturaçı rəssam Adil Elçinin fərdi sərgisi açılıb.

Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi və «Kirpi» satira-yumor jurnalının birgə təşkilatçılığı ilə keçirilən sərgi 1906-cı il aprelin 7-də nəşrə başlamış «Molla Nəsrəddin» jurnalının 108-ci ildönümünə həsr edilib.

Xəbəri Mədəniyyət və Turizm İdarəsi yayıb.

Adil Elçin 1936-cı ildə Bakıda doğulub.

Azərbaycan Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsini bitirib və bir müddət Geologiya İnstitutunda çalışıb.

Adil Elçin çoxsaylı kitab illüstrasiyalarının, təbliği plakat, teatr tamaşalarının bədii tərtibat müəllifidir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu, Azərbaycan Dövlət Musiqili Teatrında isə baş rəssam kimi çalışıb.

Adil Elçin 1979-1991-ci illərdə «Kirpi» satira-yumor jurnalının baş rəssamı olub.

Hazırda rəssam İsraildə «Pardon» yumor jurnalını nəşr etdirir.

Sərgidə rəssamın müxtəlif illərdə çəkilmiş 50-dən çox əsəri nümayiş olunur.

Sərgi üç gün davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG