Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:23

«Quran»ın Azərbaycan dilində ilk təfsiri yenidən çap olunub


«Kəşfül-həqayiq» (Həqiqətlərin kəşfi)
«Kəşfül-həqayiq» (Həqiqətlərin kəşfi)
-

Bakı qazısı olmuş Hacı Mir Məhəmməd Kərim əl-Bakuvinin 1904-1906-cı illərdə nəşr olunmuş 3 cildlik «Kəşfül-həqayiq» (Həqiqətlərin kəşfi) əsəri yenidən işıq üzü görüb.

ƏSƏR MÜASİR AZƏRBAYCAN DİLİNƏ UYĞUNLAŞDIRILIB

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yaydığı xəbərə görə, kitab bu qurumun elmi işçisi Əli Fərhadovun transliterasiyası və müasir Azərbaycan dilinə uyğunlaşdırılması əsasında çapa hazırlanıb.

«İpəkyolu» nəşriyyatının «Şərq-Qərb» mətbəəsində çap etdirdiyi bu əsər Quranın Azərbaycan dilində nəşr olunmuş ilk təfsiridir.

Kitabın I cildi 552, II cildi 528, III cildi 693 səhifədir.

QURANIN TƏFSİRÇİSİ 85 YAŞINDA GÜLLƏLƏNİB…

1904-1918-ci illərdə Bakı qazisi olmuş Hacı Mir Məhəmməd Kərim əl-Bakuvinin ilk dəfə Azərbaycan dilinə tərcümə etdiyi üçcildlik, 1904-cü ildə Azərbaycan və ərəb dillərində «Kaspi» mətbəəsində işıq üzü görmüşdü.

Hacı Mir Məhəmməd 1853-cü ildə Bakıda doğulub. 1938-ci il martın 15-də - 85 yaşında antisovet və dini təbliğat aparmaqda ittiham edilərək güllələnib.

BU HÖRMƏTLİ ŞƏXS HACININ DOSTU OLUB

Xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevin yaxın dostu sayılan Hacı Mir Məhəmmədin Bakıda qızlar məktəbinin açılmasında da misilsiz xidmətləri olub.
«Kaspi»də çıxan ilk nəşrindən bu təfsirin 3 nüsxəsi salamat qalıb.

Biri Hacı Zeynalabdin Tağıyev tərəfindən Türkiyə sultanı 2-ci Əbdühəmidə bağışlanıb, biri əlyazmalar institutundadır, digəri Mir Məhəmməd Kərim ağanın qızının evində qorunur.

TƏFSİR NƏDİR?

Təfsir Quranı daha yaxşı anlamaq üçündür.

İlk vaxtlar yazılan təfsirlər ərəbcə olub.

Fars və türkcə təfsirlər xeyli sonralar yaranıb.

Vaxtilə Mir Məhəmməd Kərim ağanın ana dilində yazdığı təfsir Bakıda bəzi din xadimləri tərəfindən qəzəblə qarşılanıb.

Onlar müqəddəs kitabın açıqlamasını, onu hamının anlamasını qəbul edə bilməyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG