Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:47

Rüşvət görüntüləri yayılan polis zabiti işdən çıxarılıb


Polis rüşvət istədi (gizli kamera)
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Polis rüşvət istədi (gizli kamera)

-
İnternetə yerləşdirilən görüntülərə əsasən sürücüdən rüşvət istədiyi iddia olunan polis zabiti Daxili İşlər Nazirliyi sıralarında uzaqlaşdırılıb. Bu haqda AzadlqRadiosuna nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, həmin polis zabiti Göyçay Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin rəisi Elman Əliyevdir:

“Nazirliyin aidiyyatı idarələrinin Göyçay rayon polis şöbəsinin DYP bölməsində apardıqları xidməti təhqiqat başa çatdırıldı. Yekun rəy nazirliyin rəhbərliyinə təqdim edildi. Həmin sənədə əsasən nazir Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Elman Əliyev DİN-dən xaric edilib. O, tabeliyindəki əməkdaşların qanunun tələblərinə rəayət etmələrinə nəzarət etməli olduğu halda özü korrupsiya hüquq pozmalarına yol verib. Buna görə də cəzasını alıb, polisdən uzaqlaşdırılıb. Bu, polis zabiti üçün ən ağır cəzadır. Biz polisdən uzaqlaşdırdıq. Bundan sonra müvafiq orqanlar yəqin ki, lazımi tədbirləri görəcəklər ”.

Polisin rüşvət alması ilə bağlı əvvəllər də internetə bir neçə görüntü yerləşdirilmişdi. Ehsan Zahidov deyir ki, hər dəfə bu cür görüntülər yayıldıqdan sonra araşdırma aparıb müvafiq tədbirlər görürlər:

“Təkcə internetdə yayılan faktlar deyil. Nazirliyin özü də həmçinin polis nüfuzunu aşağı salan əməkdaşlarla bağlı mütəmadi olaraq reydlər həyata keçirir. Həmçinin vətəndaşlardan daxil olan bu cür faktlar da operativ olaraq yoxlanılır. Bu faktlar özünü doğruldanda həmin əməkdaşlar ciddi cəzalandırılırlar”.

Bu günlərdə “Youtube”da polis əməkdaşının sərxoş sürücüdən 300 manat cərimə, 100 manat da əlavə xidmət haqqı istəməsi ilə bağlı videogörüntü yayımlanıb. Bu görüntülərin nə vaxt və harada çəkildiyi bilinmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG