Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 19:03

Avropa Birliyi “Cənub axını”nı Azərbaycandan gələn qaz nəqli ilə dəyişdirə bilər


-
“Cənub axını” qaz kəməri Rusiyadan fərqli olaraq Avropa üçün siyasi prioritet deyil.

Ukraynanın “Unn” xəbər portalının yazdığına görə, bu sözləri aprelin 8-də Avropa Birliyinin sədri José Manuel Barroso Brüsseldə deyib.

O deyib ki, əgər Bakı Moskvanın təzyiqlərinə duruş gətirə bilsə, “Cənud axını”nın əvəzinə Avropa üçün İtaliyadan keçməklə Azərbaycandan çəkiləcək qaz kəməri layihəsi prioritet ola bilər.

“Cənub axını” — Qara dənizdən keçməklə Cənubi və Mərkəzi Avropanı qazla təmin edə biləcək Rusiyaya məxsus “Qazprom” şirkətinin qlobal infrastruktur layihəsidir.

2015-ci ilin sonuna qədər “Cənub axını ” vasitəsi ilə Avropaya ilk qaz axının başlayacağı və 63 milyard kub metr qaz ötürmək gücündə olan kəmərin 2018-ci ildə tam hazır olacağı bildirilir.
XS
SM
MD
LG