Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:33

“İşğal olunmuş torpaqlarda terror qruplaşmaları təlimlər keçir”


-
“İşğal olunmuş Azərbaycan torpaqlarında dünya üçün təhlükəli terror qruplaşmaları təlimlər keçir”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin saytında verilən məlumata görə, bu sözləri Türkiyə parlament üzvləri ilə görüşdə Komitə sədri, baş nazirin müavini Əli Həsənov deyib.

Əli Həsənov eyni zamanda, həmin ərazilərdən narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə olunduğunu da vurğulayıb.

Baş nazirin müavini indiyə qədər Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə xeyli işlər gördüyünü deyib:

“Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə Azərbaycan hökuməti son 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib”.
XS
SM
MD
LG