Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:20

İntihar edən polkovnik-leytenantla bağlı rəsmi məlumat yayılıb


Müdafiə Nazirliyinin mətbuat xidməti aprelin 7-də intihar etmiş polkovnik-leytenant Natiq Balıyevlə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, «aprelin 7-də Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Balıyev Natiq Bəşir oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlarda onun ölümünə səbəb kimi guya vəzifəsinin aşağı salındığı qeyd olunur».

Müdafiə Nazirliyi bildirir ki, mərhum ötən ilin iyul ayında Müdafiə Nazirliyində yuxarı vəzifəyə təyin olunub. Xidməti nəzərə alınaraq ona polkovnik-leytenant hərbi rütbəsi verilib. Eyni zamanda Bakıda 3 otaqlı xidməti mənzillə təmin edilib. Hadisə də məhz ona verilmiş xidməti mənzildə baş verib.

Nazirlik qeyd edir ki, N. Balıyevə Müdafiə Nazirliyi tərəfindən diqqət və qayğı göstərilib:

«Müdafiə Nazirliyi dəqiqləşdirilmədən yalan məlumat yayan şəxsləri qınayır və ordu haqqında məlumat verərkən həssas yanaşılmasını tövsiyə edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG