Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:06
-

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) çeçen yaraqlılarının lideri Doku Umarovun «neytrallaşdırıldığını» təsdiqləyir.

İTAR-TASS xəbər verir ki, FTX-nin direktoru Aleksandr Bortnikov Şimali Qafqazda Doku Umarovun qanunsuz silahlı birləşmələrinin məhv edildiyini təsdiqləyib.

Bortnikov aprelin 8-də Milli Anti-Terror Komitəsinin iclasında çıxış edib. O, Umarovun bu ilin birinci rübündə «anti-terror əməliyyatı nəticəsində neytrallaşdırıldığını» bildirib.

Umarovun ölümü barədə xəbərlər 2000-ci ildən bəri vaxtaşırı yayılır. Məsələn, Çeçenistan prezidenti Ramzan Kadırov 2013-cü ilin dekabrında Umarovun ölüm xəbərini yayıb.

Doku Umarov «İmarat Qafqaz» təşkilatının lideri idi. O, 2011-ci ildə Domodedovo aeroportunda, 2010-cu ildə Moskva metrosunda, 2009-cu ildə «Nevskiy ekspress» qatarının partladılması üçün məsuliyyəti üzərinə götürüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG