Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:50

Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası keçirilir


-
Aprelin 8-də Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası başlayıb. APA-nın xəbərinə görə, iclasa Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan silahlı qüvvələrinin baş qərargah rəisləri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri, MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski qatılıb.

Tacikistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavininin iştirakı planlaşdırılsa da, tədbirə qatıla bilməyib. Komitəyə üzv olan Ermənistan və Ukrayna nümayəndələri isə tədbirə gəlməyib.

Tədbir Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə başlayıb.

Açılışda çıxış edən MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski MDB-yə üzv dövlətlərin 2020-ci ilə qədər hərbi əməkdaşlıq sahəsində planlaşdırdığı tədbirlər barədə məlumat verib.

İclasda MDB dövlətləri arasında hərbi əməkdaşlığın inkişafına konseptual yanaşmalara baxılacaq, 2015-2020-ci illəri əhatə edən birgə tədbirlər müzakirə olunacaq.

İclasın gedişində hərbi təyinatlı sistemlərin birgə yaradılması və təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır. Bununla yanaşı, “Birgə dövlət radiolokasiya tanıtma sisteminin inkişaf Konsepsiyası”nın layihəsini nəzərdən keçirəcək, “Silahlı qüvvələrin mühəndis qoşunlarının hərbi qulluqçularının statusu haqqında Razılaşma”, humanitar minatəmizləmə məsələləri, “Birlik dövlətlərin silahlı qüvvələrinin maraqlarına uyğun olaraq geoməkan məlumatların mübadiləsi barədə Saziş”in layihəsinə baxılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG