Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:38

Senat İran səfirinin ölkəyə girişinin yasaqlanmasını istəyir


-
ABŞ Senatı Tehranın BMT-yə gələcək səfirinin ABŞ-a daxil olmasını yasaqlayan qanun layihəsi qəbul edib. Layihə aprelin 7-də qəbul olunub.

Hamid Abutalebi 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin tutulmasında və oradakı 52 amerikalının 444 gün girov saxlanmasında iştirakda ittiham olunur. Veteran diplomat olan Abutalebi bunu inkar edir, ancaq girov götürənlərin tərcüməçisi olduğunu bildirir.

Texasdan olan respublikaçı senator Ted Cruz layihənin sponsorudur. O, təyinatı “Birləşmiş Ştatlara məqsədli və birmənalı təhqir adlandırıb”.

Birləşmiş Ştatlar İranın gözlənən seçiminə etirazını bildirib, ancaq Obama administrasiyası ötən həftə ona viza verilməyəcəyini də söyləməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG