Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:40

«Qız yükü» serialı və «ana-bacı» söhbəti


-
Aprelin 8-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

AZƏRBAYCANLI DEPUTATLARDAN AŞPA-nın NAZİRLƏR KOMİTƏSİNƏ SUAL

«AzərTac»: Aprelin 7-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayıb. Azərbaycanın nümayəndə heyətinin üzvü Rafael Hüseynov Qurumun Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kursa belə bir sualla müraciət edib: Mən Nazirlər Komitəsinin bir çox üzv ölkələri gözləyən çox real nüvə təhlükəsinə münasibətini öyrənmək istərdim. 2001-ci ildən bəri dəfələrlə AŞPA-da Ermənistandakı tam köhnəlmiş texnologiyalarla işləyən, bir neçə dəfə qəzaya uğramış, üstəlik seysmoaktiv zonada yerləşən «Metsamor» Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması barədə məsələ qaldırılıb... Bu qorxunc problemlə bağlı ən qısa zaman ərzində hansı qabaqlayıcı, qəti və konkret tədbirlər görülə bilər?

Sədr suala cavabında bildirib ki, Nazirlər Komitəsi nüvə enerjisi məsələləri ilə məşğul olmur. Bununla belə, Sebastyan Kurs məsələyə Avstriyanın xarici işlər naziri qismində münasibət bildirib: «Bizim hamımızın təhlükəsiz şəraitdə yaşamaq hüququmuz vardır. Son dövrdə baş verən hadisələrdən sonra hamımız üçün aydın olmuşdur ki, nüvə mərkəzləri heç də təhlükəsiz deyildir. Ona görə də mən sizin bu narahatçılığınızı anlayıram. Misal üçün, uzun illər əvvəl biz öz ölkəmizdə nüvə mərkəzlərini bağlamaq qərarına gəldik. Qonşuluğumuzdakı nüvə mərkəzlərindəki təhlükəsizlik qaydaları bizi də narahat edən məsələlərdəndir. Biz indi daha çox yeni enerji vasitələrinə üstünlük veririk. Ümid edirik ki, gələcəkdə Avropada, ümumiyyətlə, nüvə enerjisindən istifadə edilməyəcəkdir».

«MÜƏLLİMLƏRİN ƏMƏKHAQQINI ÇOX QALDIRMAQ İNFLYASİYA YARADAR»
ŞƏmsəddin Hacıyev
ŞƏmsəddin Hacıyev
Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev «Media forum» saytının suallarını cavablandırıb. Onun sözlərinə görə, İqtisad Universitetində dərs deyən və heç bir vəzifə tutmayan professorlar 1000 manat civarında maaş alırlar. «Bu, universitetin vəsaitlərindən istifadə sahəsində bizə verilən sərbəstliklər nəticəsində mümkün olub. Eyni zamanda vəsaitlərin cəlb olunması, düzgün və qənaətlə istifadə də burada böyük rol oynayıb. Biz vəsaitlərdən maksimum effektiv istifadə etməyə çalışırdıq. Universitetdə bir nəfər müəllimə düşən tələbələrin sayı təxminən Avropa səviyyəsinə tam uyğundur. Yəni bir müəllimə təxminən 19-20 tələbə düşür. Amma bunu digər universitetlərə şamil etmək olmaz. Biz çox çevik və kompakt idarəetmə strukturu yaratmışdıq».

Müəllimlərin əmək haqlarının artımına gəlincə, deputat deyib:

«Hesab edirəm ki, bir qədər gözləmək lazımdır. Bu, tədricən edilməlidir. Müəllimlərin əməkhaqqını çox qaldırmaq inflyasiya yaradar».

QƏNİMƏT ZAHİD PARİSDƏKİ HƏYATINDAN DANIŞDI

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid «Yeni Müsavat» qəzetinə müsahibə verib.

- İmicinizi dəyişmisiniz. Tam bir fransıza bənzəyirsiz. Bu sizin uzun müddət orda qalacağınızın göstəricisidirmi?

– İmic deyil, yaşla bağlıdır, görünür. İndi bərbərə getməyə ərinirəm, sadəcə olaraq. Adam qocaldıqca cavanlıq zamanının nostaljisi artır. Cavan vaxtlarda uzun saç saxlayırdırm, sovet hökuməti buna pis baxsa da... Amma əstəğfürullah, mən bir türkəm və zahirən fransıza bənzəməyim mümkün deyil. Məncə, Şahbaz Xuduoğlu daha çox fransıza bənzəyir. (gülür)

- «Azadlıq» qəzetinin Bakıdakı rəhbərliyi, onun işçiləri maddi problemlərlə bağlı tez-tez şikayətlənir. Bu, facebook statuslarında da, açıqlamalarda da özünü göstərir. Bunun fonunda Qənimət Zahidin Paris həyatı çox dəbdəbəli görünür. Bu, bir az haqsızlıq deyilmi?

- Açığı, mənim Paris həyatımın hansı dəbdəbələrlə müşayiət olunduğunu bilmirəm və bunu ilk dəfə sizdən eşidirəm. Burada təbiət həmişə yaşıldır və yaşıllıqda şəkil çəkdirməkdən başqa heç bir dəbdəbə yoxdur. Məncə, Bakıdakı baş redaktorların həyatı oradakı jurnalistlərdən daha artıq dəbdəbəlidir, nəinki mənim çay kənarındakı şəkillərim.

«AZƏRBAYCAN SEÇİM ETMƏLİDİR»

«Zerkalo» qəzetində Rauf Mirqədirov yazır:

«Ədalət naminə demək lazımdır ki, Rusiya ilə münasibətlərin kəskinləşməsini istəməyən təkcə Avropa ölkələri deyil. Heç Türkiyə də Rusiya ilə problem yaradacaq öhdəliklər götürməyə həvəsli görünmür. İndi durum dəyişib. Rusiya artıq regional miqyasda təhlükədir və bu da Türkiyənin maraqlarına ziddir... Azərbaycanla hərbi-siyasi sazişin imzalanması baş nazir Receb Tayyip Erdoganın prezident seçkisi öncəsi mövqeyini gücləndirə bilər. Bu birliyin əleyhinə ancaq kürdyönlü siyasi qüvvələr çıxa bilər».

İNSAN İŞİ

Elnur Astanbəyli «Azadlıq» qəzetində yazır:
Elnur Astanbəyli
Elnur Astanbəyli
«Azərbaycan telekanallarından hansındasa «Qız yükü» adlı serial yayımlanırmış, serialın son bölümündəki erotik kadrlar xeyli adamı qəzəbləndirib, deyirlər ayıbdır, camaatın ana-bacısı var, həmçinin xalqımızın milli-mənəvi dəyərləri var, belə səhnələri çəkmək, göstərmək olmaz. Hətta MTRŞ adlı teleradio qurumumuz açıqlama verib ki, məsələni araşdırıb əncam çəkəcəklər. Çox gülməlidir. Eyni telekanallarda müxalif insanların yataq otaqlarına soxularaq, onların şəxsi həyatına kamera uzadılaraq çəkilən kadrlar günün-günorta çağı yayımlanarkən heç kimin yadına bu «ana-bacı söhbəti» düşmür, «milli-mənəvimi dəyər» deyilən naməlum nəsnə kimsənin vecinə olmur, amma hansısa filmdəki çılpaq kadr birilərinə dərhal mentaliteti xatırladır, onların qeyrət damarını dombaldır... Müxalif insanların intim videoları nümayiş etdirilərkən dəvəquşu kimi başını qumda gizlədən MTRŞ-ya isə deyiləcək heç bir söz yoxdur. Telekanallarda çılpaq yalanlara göz yumub çılpaq film səhnələri ilə uğraşan bu qurum özündən utanmalıdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG