Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:21

Məşhur satirik yazarı 1 milyon cərimələdilər


Viktor Shenderovich
Viktor Shenderovich
-

Moskva məhkəməsi məşhur satirik yazar Victor Shenderovich-i 1 milyon rubl (təxminən 30 min dollar) cərimələdi.

Onu hakim "Vahid Rusiya" partiyasından olan deputat Vladimir Vasilyev məhkəməyə vermişdi - Sochi olimpiadasını nasist Almaniyasındakı olimpiya oyunları ilə müqayisə edəndən sonra.

Shenderovich müqayisəni öz bloqunda aparmşdı. Vasilyev buna qəti etiraz edənlərdən biri idi.

Yazar isə onu televiziya çıxışında "əclaf" adlandırmışdı. Deputat da onu şərəf və ləyaqətinin tapdanması iddiası ilə məhkəməyə vermişdi.

Shenderovich prezident Putinin qızışdırdığı millətçi ritorikanın əleyhdarlarındandır.

Müstəqil jurnalistlər hesab edirlər ki, bu ritorika məmurlara olimpiada kimi böyük tədbirlərə milyardlarla dollar xərcləyib həmin pulların bir hissəsini mənimsəmək imkanı verir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG