Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:45

Salyanda ictimai fəal təzyiqlərə məruz qaldığını bildirir


Belədə olur
Belədə olur

Salyan rayonundan Demokratiyaya Yardım İctimai Birliyinin rəhbəri Emil Məmmədov ictimai fəaliyyətinə görə rayonda təzyiqlərə məruz qaldığını bildirir. Onun dediyinə görə kimi bu yaxınlarda regionda insan haqlarının müdafiəsinə dair layihələrinə dəstək üçün ABŞ səfirliyindən qrant alıb:

“Bundan sonra rayon rəhbərliyi məni vətən xaini elan etdi. Bütün iclaslarda deyir ki, guya bizim təşkilat satqındır, xarici ölkələrə işləyir.

Layihə çərçivəsində dövlət büdcəsindən ayırmaların monitorinqlərini apararkən korrupsiya faktları aşkarladıq. Bu faktlardan barədə prezidentə məktub yazdım. Bundan sonra mənə təzyiqlər başladı. İcra başçısı öz adamları ilə məndən qisas alacağı, həbs etdirəcəyi ilə bağlı xəbərlər göndərirdi.

Aprelin 4-də üzvlərimizdən biri Tofiq Qasımovu xuliqanlıq adı altında şərləyib 10 sutka həbs etdilər. Məndə olan məlumata görə büdcə təşkilatlarında işləyənləri polisə aparıb onun üzünə qoyurlar ki, guya təşkilatımız hasısa qanunsuz işlər görüb. Məqsədləri məni həbs etməkdir”.


Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov isə ünvanlarına səslənən iddiaları rədd edir:

"Emil Məmmədov özündən xoflanır. Biz hansı əsasla kimisə vətən xaini elan edə bilərik? Biz nəyə görə onu həbs etməliyik? Hamısı yalandı. Nə araşdırıb özü bilər. Bizim rayonda heç bir korrupsiya halı ola bilməz. Nə deyirsə, qalıb öz vicdanına. İcra başçısı Tahir Kərimov da Salyanda hamıya öz doğması kimi baxır və heç kimə də fərq qoymur”.

Rayon polis şöbəsi isə Demokratiyaya Yardım İctimai Birliyinin fəalı Tofiq Qasımovun şərlənərək həbs olunması barədə deyilənləri rədd edir. Salyan şəhər sahə müvəkkili Zeynal Vəliyev AzadlıqRadiosuna bildirib ki, o, yalnız xuliqanlığa görə saxlanıb:

“Biz nə icra hakimiyyətinin, nə də heç kimin sifarişi ilə işləmirik. Tofiq Qasımov ictimai yerdə nalayiq ifadələr işlətdiyinə görə həbs olunub. Onun haqqında şikayət daxil olub bizə. Ona heç kim təzyiq etmir.”
XS
SM
MD
LG