Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:52

Latviya və Litva 2 Rusiya televiziyasının yayımını dayandırır


RTR-də debat
RTR-də debat
Latviya və Litva Ukrayna hadisələrinə görə Rusiyanın 2 dövlət televiziyasının yayımını dayandırıblar.

Latviya bildirib ki, aprelin 7-dən RTR-Rossiya kanalının yayımı 3 aylığa dayandırılır.
Litva isə RTR-Planeta kanalının yayımını qismən dayandırır.

Hər iki ölkə səbəb kimi Ukrayna hadisələri ilə bağlı bu televiziyaların obyektiv olmamasını, tərəfkeşlik etdiyini göstərir.

Rusiyanın xarici işlər nazirliyi bu qərarları insanların informasiya almaq haqqını pozduğunu bildirir.
XS
SM
MD
LG