-
İslam dünyası gənc klassik musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsinin qrafiki müəyyən edilib.
Müsabiqə İSESCO, Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi ilə təşkil olunur.
Müsabiqə İndoneziya, Küveyt, Misir, Mərakeş, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Bosniya və Herseqovina, Başqırdıstan (Rusiya) və Azərbaycandan 20 yaşınadək gəncləri əhatə edəcək.
Aprelin 7-də Bakı Musiqi Akademiyasında Azərbaycandan festivala qatılacaq iştirakçılar arasında seçim turu keçiriləcək.
Aprelin 24-də Bakı Musiqi Akademiyasında xarici ölkə nümayəndələrinin iştirakı ilə rəsmi açılış və beynəlxalq münsiflər heyəti qarşısında xüsusi dinləmələr (kiçik yaş qrupu) olacaq.
Növbəti dinləmələr (böyük yaş qrupu) aprelin 25-də olacaq.
Növbəti gün isə qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.