Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:04

Tacik rejissor Molla Nəsrəddini musiqili komediya teatrına gətirəcək...


Molla Nəsrəddin
Molla Nəsrəddin
-

Azərbaycan Dövlət Musiqili Teatrı bu dəfə Molla Nəsrəddini səhnəyə gətirəcək.

Teatrdan AzadlıqRadiosuna verilən xəbərə görə, Tacikistanın xalq artisti, rejissor Sultan Usmanov Musiqili Teatrın səhnəsində özbək dramaturqu İbrahim Sadıqovun «Molla Nəsrəddinin beş arvadı» komediyasına quruluş vermək üçün teatra dəvət olunub.

Sultan Usmanov Moskvada, A.V. Lunacharsky adına Dövlət Teatr İnstitutunun musiqili teatr rejissoru fakültəsini bitirib.

1998-2009-cu illərdə Düşənbədəki S. Aini adına Opera və Balet Teatrında, V. Mayakovsky adına Rus Dram Teatrında və Vahidov adına Gənclər Teatrında baş rejissor kimi fəaliyyət göstərib, 70-ə yaxın opera, musiqili tamaşa və dram əsərlərinə quruluş verib.

Son illərdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və İran kimi ölkələrin müxtəlif teatrlarında tamaşalar hazırlayıb.

O, Fransada keçirilən Avinyon, Moskvadakı A. P. Chekhov adına Beynəlxalq Teatr Festivalı və İranda keçirilən 27-ci Fəcr kimi mötəbər teatr yarışmalarının iştirakçısı olub və yüksək mükafatlara layiq görülüb.

Onun tamaşaları təkcə Orta Asiya Respublikalarında deyil, həmçinin Moskva və Sankt-Peterburq teatrlarının səhnələrində də uğurla nümayiş etdirilir.

Hələ ötən əsrin 60-cı illərində Tacikfilimdə çəkilən «Xoca Nəsrəddinin 12-ci qəbri» filmində Azərbaycanın xalq artisti Bəşir Səfəroğlunun yaratdığı Xoca Nəsrəddin tamaşaçıların yaxşı yadındadır.

Taciklərə Xoca Nəsrəddini sevdirən azərbaycanlının vaxtilə çalışdığı teatra Molla Nəsrəddin obrazını bu dəfə tacik rejissoru gətirəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG