Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:11

Azərbaycan Dini Müxtəliflik İndeksində aşağılarda


Azərbaycanda dini müxtəliflik çox aşağı səviyyədədir. Pew Araşdırmalar Mərkəzinin Dini Müxtəliflik İndeksi adlı son araşdırmasında belə deyilir.

Ancaq Azərbaycanın Dini Müxtəliflik İndeksində cəmi 0.7 balla aşağılarda olmasının səbəbi heç də ölkədə dini tolerantlığın səviyyəsi ilə bağlı deyil. Sadəcə Pew Araşdırmalar Mərkəzi hazırladığı indeksdə müəyyən ölkədə 8 dini qrupun yayılmasını nəzərdən keçirir.

AZƏRBAYCANIN DURUMU

2010-cu ilin rəqəmləri əsas götürülərək hazırlanan hesabatda Azərbaycanda əhalinin 96.9 faizini müsəlmanlar, cəmi 3 faizini xristianlar və qalan 0.1 faizini başqa dinlərin nümayəndələri təşkil edir deyə Azərbaycan sözügedən indeksdə Dini Müxtəlifliyin aşağı səviyyədə olduğu ölkələr arasında yer alır.

QONŞULAR VƏ POST-SOVET MƏKANI

Misal üçün, Azərbaycanın qonşularından Ermənistanın indeksdə balı daha aşağıdır, 0.3-dür. Çünki, əhalinin 98.5 faizini eyni dinin – xristianların davamçıları təşkil edir. İranda əhalinin 99 fazidən çoxu eyni dinin nümayəndələridir deyə, balı da cəmi 0.1-dir.
Keçmiş sovet ölkələrindən Qazaxıstan, Rusiya, Ukrayna və Belarus Dini Müxtəliflik səviyyəsi orta olan ölkələr arasındadır. Gürcüstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Moldova da Azərbaycanla eyni qrupda yer alır.


DÜNYANIN ƏN MÜXTƏLİFİ

Dini Müxtəliflik İndeksində ən yuxarıda olan ölkə isə dünyada Sinqapurdur. Bu ölkədə ölkə əhalisinin 34 faizi buddistlər, 18 faizi xristianlar, 16 faizi heç bir dinə inanmayanlar, 14 faizi müsəlmanlar, 12 faizə yaxını yerli dini qruplara aid olanlar, 5 faizi induistlər, 1 faizə qədəri yəhudilərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG