Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:51

Kəlbəcərin təhsil şöbəsinin müdiri cinayət məsuliyyətinə cəlb olunub


-
Baş Prokurorluğun aprelin 7-də yaydığı rəsmi məlumata görə, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının və Kəlbəcər Rayon Təhsil Şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə material üzrə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Məlumatda deyilir ki, “aparılmış istintaqla Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırovun müxtəlif dövrlərdə 30-dan artıq şəxsi saxta diplomlar əsasında şöbənin tabeçiliyində olan ayrı-ayrı ümumtəhsil məktəblərinə işə qəbul etməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub”.
Cinayət işi üzrə rayon təhsil şöbəsinin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
XS
SM
MD
LG