Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:23
-

Aprelin 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, SSRİ xalq artisti Soltan Hacıbəyovun 95 və əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyovun 65 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbirdə iki tanınmış bəstəkar - ata və oğulun sənət dünyası haqqında ətraflı məlumat veriləcək.

Gecədə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında bəstəkarların əsərlərindən parçalar səsləndiriləcək.

Orkestrin bədii rəhbəri və baş dirijoru, xalq artisti Rauf Abdullayevdir.

Soltan İsmayıl oğlu Hacıbəyov 1919-cu ildə Şuşada doğulub.

1930-cu ildə Bakıya köçüb.

Soltan Hacıbəyov Üzeyir bəyin əmisi nəvəsi olub.

Onun musiqiçi kimi formalaşmasında Üzeyir bəyin böyük rolu olub.

Sultan Hacıbəyovun yaradıcılığı çoxşaxəlidir.

O, saysız simfonik əsərlərin, «Gülşən» baletinin, misilsiz «Karvan» simfonik poemasının müəllifidir.

Soltan Hacıbəyov uzun illər Dövlət Filarmoniyasının direktoru və konservatoriyanın rektoru çalışıb.

55 yaşında vəfat edib.

Oğlu İsmayıl Hacıbəyov (1949-2006) da bəstəkar olub.

Süitalar, romanslar, vokalizlər və s. yazıb.

Onun da ömrü 57 yaşında qırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG