Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:27

Qazaxıstan diqqətini Bakı-Ceyhana yönəldir


Qazaxıstanın Kaşaqan yatağı

Qazaxıstanın Kaşaqan yatağı

Qazaxıstan öz neftinə yeni ixrac yolları axtarır. Qazaxıstan narahatdır ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Qazaxıstanın enerji sektoruna ziyan vura bilər. Bunu Qazaxıstanın neft və qaz naziri Uzaqbai Qarabalin deyib.

Nazir millət vəkillərinə bildiorib ki, Rusiyaya qarşı sanksiyalar Qazaxıstanın Rusiya kəmərləri ilə ötürdüyü neftin həcmini azalda bilər.

Qarabalin deyib ki, Astana diqqətini Xəzər dənizi vasitəsi ilə Azərbaycan-Gürcüstan-Türkiyə kəmərinə cəmləməlidir.

Nazir İranı da mümkün tərəfdaş kimi istisna etmir.

Qarabalinin sözlərinə görə, yaxın gələcəkdə Qazaxıstan Çin, Özbəkistan və Türkmənistana neft ixracını artırmağa cəhd edəcək.

Qarabalinin fikrincə, Qərbin Rusiyaya qarşı sanskiayları Rusiyanın neft məhsullarının Qazaxıstana ixracını artıra bilər. Bu da Qazaxıstanın daxili yanacaq bazarına və yerli neftayırma zavodlarına təsir göstərə bilər.
XS
SM
MD
LG