Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:37
-

Aprelin 7-də prezident İlham Əliyev Naxçıvana iki günlük səfərə gedib. Yerli sakinlərin sözlərinə görə, səfər öncəsi yollar bağlanıb, polis gücləndirilmiş iş rejiminə keçib.

Məlumata görə, prezidentlə görüşmək istəyən bəzi vətəndaşlara maneələr yaradılır.

Günorta saatlarında prezidentin Şərur rayonuna yollandığı bildirilir. Onun «Arpaçay-2» su elektrik stansiyasının açılışında iştirak edəcəyi gözlənilir.

Şərur şəhər sakini Rahim Quliyev deyir ki, neçə müddətdir prezidentin gəlişini gözləsə də ona görüşməyə imkan verilməyib:

«Mən kiçik iş adamıyam. Naxçıvanda çox haqqım tapdanıb. Qanunsuz olaraq dükanlarım sökülüb. Naxçıvanda səsimi eşidən yoxdur. Hər yerdə demişdim ki, prezident gələndə özümü atacağam maşınının altına, bəlkə o eşidə məni. Polislər dünəndən yaşadığım məhəllədən çıxmağıma icazə vermirlər. Onsuz da yolları elə bağlayıblar ki, heç 1 kilometrdən də yaxın düşmək olmaz onun maşınına».

Şərur rayon polis şöbəsindən yolların müvəqqəti bağlandığını təsdiqləsələr də, sakinlərin iddialarını rədd edirlər.

Martın 14-də Prezidentin Ehtiyat Fondundan «Arpaçay-2» su elektrik stansiyasının tikintisinin başa çatdırılması üçün 4 milyon manat vəsait ayrılmışdı.
XS
SM
MD
LG