Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:58

«Botanika bağı»: «Ağacların kəsilməsindən söhbət gedə bilməz»


-

«Nəbatat bağında ağacların kəsilməsindən söhbət gedə bilməz. Müəyyən xırda ağaclar başqa əraziyə köçürülüb. Təxminən 200-ə yaxın bitki köçürülüb. Böyük ağaclardan söhbət getmir, bunlar hamısı şitillərdir. Həmin ərazi bizim bağın konkret ekspoziya - kolleksiya sahəsi, fond ərazisi olmayıb. Ora bizim şitilxana olub. Oradakı bitkilər başqa şitilxanaya köçürülüb».

Bunu AzadlıqRadiosuna Mərkəzi Nəbatat bağının («Botanika bağı») direktor müavini Vahid Fərzəliyev deyib. Bağ rəsmisi bildirib ki, sosial şəbəkələrdə yayılan şəkillərin onlara aidiyyatı yoxdur:

«Köçürülmənin məqsədi nə olub» sualına isə Vahid Fərzəliyev, «bu, bağın öz işidir. Öz içində müəyyən yenidənqurma işləri ola bilər. Bu köçürülmələr həmişə olub» cavabını verib.


Direktor müavini baş verənlərlə bağlı Milli Elmlər Akademiyasının ətraflı məlumat verəcəyini də bildirib.

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Nəbatat bağında ağacların kəsildiyini əks etdirən şəkillər yayılıb. Ərazidə yaşayan sakinlər kəsilən ağacların yerində park salınacağını bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG