Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:48
-
Aprelin 7-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

Prezident Adminstrasiyası rəhbərinin müavini, Əliyev - Erdogan danışıqlarında iştirak etmiş Novruz Məmmədov ANSPRESS-ə Türkiyə baş nazirinin Azərbaycana səfəri barədə danışıb:

“Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik müqaviləsinin bağlanması çoxdandır ki, gündəlikdədir. Bu gün beynəlxalq münasibətlərdəki vəziyyət təkcə bir ölkənin istədiyindən asılı olmur. Hansı ölkə olursa olsun. Türkiyə NATO üzvü olduğu üçün, onun üzvlər qarşısında müəyyən öhdəlikləri var. NATO üzvü olan bəzi ölkələr ola bilər ki, bu əməkdaşlığa müsbət yanaşmazlar. Belə ölkələr olub və var. Özünüzdə müşahidə etdiniz bu günlərdə Türkiyənin yüksək çinli hərbçiləri və müdafiə naziri burada oldu. Münasibətlərin dediyiniz səviyyəyə çatması üçün müəyyən addımlar atılır. Düşünürəm ki, buna nikbin baxmaq lazımdır”.

ABŞ DÖVLƏT KATİBİ BAKIYA GƏLİR

John Kerry

John Kerry

“Yeni Müsavat”: ABŞ dövlət katibi John Kerry yaxın günlərdə Cənubi Qafqaza səfər edəcək. ANS-in məlumatına görə, dövlət katibi səfər zamanı Azərbaycan və Gürcüstanda olacaq. John Kerry-nin Ermənistanı ziyarət edib-etməyəcəyi barədə ABŞ Dövlət Departamentindən heç bir açıqlama verilməyib.

Hələlik dövlət katibinin səfərinin zamanı və məqsədləri barədə məlumat verilmir. Qəfil planlaşdırılan səfər zamanı regionda baş verən son gəlişmələr, Ukrayna ətrafında yaranmış vəziyyət, eləcə də Rusiya ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

Siyasi analitik Elxan Şahinoğlunun fikrincə, bu səfər Rusiyaya mesaj xarakteri daşıyacaq. Politoloq bu səfərin Cənubi Qafqazın Qərblə yaxından əməkdaşlıq edən iki respublikasına siyasi dəstək xarakteri daşıdığını da istisna etmir: “ABŞ dövlət katibi John Kerry-nin Cənubi Qafqaz, o cümlədən Azərbaycana səfəri Rusiyaya mesaj xarakteri daşıya bilər. Yəni bununla Vaşinqton Moskvaya demək istəyir ki, Rusiyanın qonşu dövlətlərə qarşı mümkün təzyiqlərinə seyrçi qalmayacaq, Tiflis və Bakıya dəstəyini artıracaq. Rusiyanın Krımı işğalı faktı Vaşinqtonu Avropa və Avrasiya istiqamətində fəallaşmağı diktə edir. Vaşinqton Rusiyanın Gürcüstan və Ukraynadan sonra digər ölkələrə də müdaxiləsindən ehtiyat edir”.

ABŞ-ın Azərbaycandakı səfirliyindən isə AzadlıqRadiosuna bildiriblər ki, hələlik belə bir səfər planlaşdırılmayıb.

“HAKİMİYYƏTDƏN KİMİN «NURÇULAR»LA ƏLAQƏDƏ OLDUĞU MƏLUMDUR"

“Turan” İnformasiya Agentliyinin direktoru, Milli Şuranın üzvü Mehman Əliyev “Azadlıq” qəzetinə müsahibə verib. Söhbətimizə öncə Erdoganın səfərini qiymətləndirməklə başladıq. Fürsətdən istifadə edərək M.Əliyeva gündəmdə olan digər sualları da ünvanladıq.

- Hakimiyyətin daxilindəki müəyyən qruplaşmaların bir müddət əvvəl “nurçular”a qarşı başlatdığı kampaniya hazırda da davam edir. Bu nəyin təzahürüdür? Burada hansı məqsəd güdülür?

- Hakimiyyətin böyük hissəsinin “nurçular”la münasibətləri olub. Bir çox məmurların, nazirlərin onlarla əlaqəsi barədə müxtəlif məlumatlar var. Ümumiyyətlə, hakimiyyətin “nurçular”la əlaqəsi kifayət qədər işçi münasibətləri səviyyəsində olub. Tərəflər bu münasibətlərdən bəhrələnib. Hakimiyyət xarici siyasətində “nurçular”ın imkanlarından yetərincə yararlanıb. Ona görə də burada tərəflər arasında elə bir ciddi problemin olduğunu düşünmürəm. Digər tərəfdən, Türkiyə də bilir ki, Azərbaycan hakimiyyətinin “nurçular”la münasibətləri hansı səviyyədədir. Əslində Türkiyənin özündə də bu təşkilat qadağan olunmayıb. Həmin təşkilatın dövlətlə münasibətləri var. Bu təşkilatın dövlətçilik baxımından öz münasibəti var və biz bunu görürük.

PUTİN AZƏRBAYCANLILARI QƏZƏBLƏNDİRİR

Vladimir Putin

Vladimir Putin

“Vladimir Putin Krımın anneksiyasını tamamladıqca, Azərbaycan onun cənuba doğru növbəti addımı sarıdan həyəcan keçirir”. Bu barədə “Bloomberg” yazır.

Bu Xəzəryanı ölkə özünü Putinin regional ambisiyaları ilə əhatələnmiş sayır. Putin Rusiyanın heç vaxt regionu tərk etməyəcəyini bəyan edib.

“Qərb Rusiyanı saxlamaq üçün heç bir addım atmasa, onlar Azərbaycanı güclə ələ keçirməyə cəsarətlənəcəklər. Yüz il bundan qabaq da belə etmişdilər,” 39 yaşlı Bakı sakini Zahir Rəhimov bolşevik işğalını xatırladaraq belə deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG