Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:03
-
Macarıstanın baş naziri Viktor Orban seçkilərdə qələbə qazandığını elan edib. Paytaxt Budapeştdə Fidesz partiyasının tərəfdarları qarşısında çıxış edən Orban deyib ki, bu nəticə hökumətinin iş yerləri yaratmaq, ailələri dəstəkləmək və milli suverenlik uğrunda mübarizə aparmaq siyasətinin təsdiqidir. Bülletenlərin 96 faizi sayılıb. Fidesz Macarıstanın 199 yerlik parlamentində 133 yeri qazana bilər, bu da növbəti hökuməti onun formalaşdıracağının təminatı deməkdir.

Orbanın partiyası üçdə iki çoxluğu qazanmaqla konstitusiyanı da dəyişdirə biləcək. Sosialistlərin rəhbərlik etdiyi solçu alyansı 38 yer, anti-semitizmdə ittiham olunan ifrat-sağçı Jobbik partiyası isə 23 yer qazana bilər.

Orban qeyri-provoslav siyasətinə görə Avropa Birliyi ilə toqquşub. Ancaq macarların çoxu Kommunist idarəçiliyinə qarşı çıxan 50 yaşlı keçmiş dissidentə milli maraqlarının çempionu kimi baxırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG