Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:52

BMT-nin baş katibi əfqan seçicilərini təbrik edib


Ban Ki-moon
Ban Ki-moon
-
BMT-nin baş katibi Ban Ki-moon Əfqanıstanda seçiciləri aprelin 5-də prezident seçkisində iştiraka görə təbrik edib.

Sözçüsü vasitəsilə çatdırdığı bəyanatda Ban seçkini ölkədə hakimiyyətin ilk demokratik keçidində “tarixi” və “vacib addım” adlandırıb. Ban deyib ki, seçicilər “hədələrdən qorxmayıb” və “zorakılıq yayanların qalib gələ bilməyəcəyi kimi güclü bir mesaj göndərib”.

12 milyon seçicidən yeddi milyona yaxını Talibanın hədələrinə baxmayaraq səsverməyə gedib. Birinci raundun ilkin nəticələri aprelin 24-də açıqlanacaq, son nəticə isə mayın 14-də elan ediləcək.

Namizədlərdən heç biri səslərin 50 faizdən artığını toplaya bilməsə, önə çıxan iki namizəd arasında seçki mayın 28-də keçiriləcək.
XS
SM
MD
LG