Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:29

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir


-
Aprelin 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimov Azərbaycan Respublikasına rəsmi səfərə gələcək. Bu barədə

Azərbaycanın Müdafiə Nazirliyi xəbər yayıb.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimovun rəsmi səfəri aprelin 8-dək davam edəcək.

Aprelin 8-də Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi planlaşdırılır.
XS
SM
MD
LG