Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:21

Macarıstan ultramillətçiləri seçkilərdən təəccüblü nəticə gözləyirlər (VİDEO)




Macarıstanda parlament seçkilərində səsvermə başa çatıb. Səsvermərqabağı keçirilən sorğulardan belə görünürdü ki, macarlar hakim partiyanın lideri, baş nazir Viktor Orbán-ı daha 4 il hakimiyyətdə saxlamaq istəyirlər.

Növbəti yerdə ultrasağ mövqeli “Yobbik” partiyası möhkəmlənməkdədir. Mİllətçilər parlamentdəki qüvvələr nisbətini öz xeyirlərinə dəyişmək ümidindədirlər ki, hakim partiya səslərin 2/3-ni qazana bilmsəsin.

Hakim partiya xarici banklar, telekommunikasiya və enerji şirkətlərindəki yüksək vergilərlə bağlı Avropa İttifaqı və xarici investorlarla münaqişədədir.

O, stabil dövlət maliyyələşməsi, gəlir vergisinin, elektrik enerjisi, qaz və kommunal xidmətlərə görə qiymətlərin azaldılması ilə bağlı mövqeyinə görə seçicilər arasında populyardır.

"İstəyirəm seçicilərin səsverməyə yüksək gəlişini görüm, çünki belə olanda ölkəni daha güclü idarə etmək olur” deyə Orban Budapeşdəki orta məktəblərdən birində olan seçki məntəqəsində Reuters agentliyinə bildirb.

İndi əsas məsələ konstitusiyanı dəyişmək və müxalifətdə olan Yobbik partiyasının qarşını almaq üçün üçdə iki səs çoxluğunu saxlaya biləcəkmi. Yobbikin lideri Gabor Vona əmindir ki, onun partiyası hamını təəccübləndirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG