Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:30

Binəqədidəki Taxta-şalban bazasında yanğında yaralananlar var


İllüstrasiya fotosu
İllüstrasiya fotosu
-
Aprelin 6-da Binəqədi rayonundakı taxta bazasında baş verən yanğında 8 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə nazirliyinə istinadən Trend məlumat yayıb.

Zərəçəkənlərdən 4-nə ambulator yardım göstərilib. Daha 4 nəfər isə Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsinə yerləşdirilib.

Nazirlik bildirir ki, tüstüdən boğulma ilə əlaqədar toksikologiya şöbəsinə yerləşdirilən 4 nəfərdən ikisinin vəziyyəti orta ağırdır, iki nəfərin isə vəziyyəti yaxşıdır.

Həmin şəxslərin axşam saatlarında evə buraxılacağı gözlənilir.

Yanğının səbələri və vurduğu zərər haqda məlumat verilimir.
XS
SM
MD
LG