Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:12

Müsavatçı gənclərin qeyri-adi "Rəsulzadə-130" askiyası


Azerbaijan. Baku. 5Apr.2014 FLashmob Rasulzade 130

Azerbaijan. Baku. 5Apr.2014 FLashmob Rasulzade 130

Müsavatçı gənclər M. Ə. Rəsulzadənin 130 illik yubileyi ilə bağlı “Rəsulzadə unudulmamalıdır!” adlı aksiya keçiriblər.

Aprelin 6-da onlar Bakının bəzi taksofonlarda Rəsulzadənin 10 dəqiqəlik çıxışını yayıblar.

Müsavatçı fəal Cavanşıir Abbaslı AzadlıqRadiosuna bildirib ki, aksiyanı keçirməklə görkəmli dövlət xadimini adamların yadın salmaqdır.

“ Partiyamız 2014-cü ili “Rəsulzadə ili” elan edib. Ölkə prezidenti onun 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalasa da, buna əməl etmədilər. Hakimiyyətin ona qarşı ögey münasibəti göz qabağındadır".

C.Abbaslının sözlərinə görə, paytaxtın Fəvvarələr bağı”, “Nizami”, “28 may” və “İçərişəhər” metrostansiyalarının ətrafındakı taksofonların interent xətti ilə monitora Rəsulzadənin çıxışı yüklənib. Taksofonlarda səs yüksək olduğundan yoldan keçənlərin diqqətini cəlb edib.

"İnsanlarda gözlədiyimizdən artıq maraq oyandı”.

Cavanşır Abbaslı əlavə edir ki, onların təşəbbüsünə müdaxilə edən olmayıb. Adamların toplaşdığını görən polislər taksofonlara yaxınlaşsalar da heç bir reaksiya verməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG