Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:24

George Bush Putini yağlı boyalarla təsvir edir


U.S. -- A portrait of Vladimir Putin, President of Russia painted by former president George W. Bush is displayed between photographs as part of the exhibit, "The Art of Leadership: A President's Personal Diplomacy" at the George W. Bush Presidential Libr

U.S. -- A portrait of Vladimir Putin, President of Russia painted by former president George W. Bush is displayed between photographs as part of the exhibit, "The Art of Leadership: A President's Personal Diplomacy" at the George W. Bush Presidential Libr

ABŞ-ın keçmiş prezidenti George W. Bush (Corc Buş) oğul iş anketinə yeni peşə əlavə edə bilər: rəssam. Bu haqda xəbər verən Amerikanın səsi yazır ki, rəsm əsərlərinin mövzu seçiminə gəldikdə onun təcrübəsinə heç kəs şübhə edə bilməz.

Aktiv siyasi karyerası zamanı dünya liderləri haqda topladıqları bilgilər G.Bush-un yeni məşğuliyətində də karına gəlir.

Cənab Bush-un Texasın Dallas şəhərində prezident kitabxanası və muzeyində dünya liderlərinin portretlərindən ibarət “Liderlik sənəti: Prezidentin şəxsi diplomatiyası” adlı sərgisi açılır.

Sərgidə onun 2001-2009-cu illər arasında ABŞ prezidenti olduğu illər Rusiya prezidenti Vladimir Putin, Britaniyanın keşmiş baş naziri Toni Bleyr və Tibetin dini lideri Dalay Lama kimi görüşdüyü dünya liderlərinin portretləri nümayiş etdirilir.

ABŞ-ın keçmiş prezidenti rəssamlıqla iki il bundan əvvəl məşğul olmağa başlayıb. NBC televiziyasında çalışan qızı Cenna Buş Hagerlə müsahibədə cənab Buş özünü böyük rəssam hesab etmədiyini, lakin qarşısında yeni bir dünyanın açıldığını deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG