Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:14

Şamaxıda ayı adama hücum edib


İllüstrasiya fotosu
İllüstrasiya fotosu
-
Şamaxı şəhər sakini ayının hücumuna məruz qalıb.

APA-nın məlumatına görə, hadisə gecə saatlarında meşəliklə əhatə olunmuş rayonun Talışnuru kənd yolunda baş verib.

35 yaşlı Sədi Hüseynov gecə saatlarında Talışnuru kəndindən evlərinə qayıdarkən ayı ona hücum edib, onu yaralayandan sonra meşəyə qaçıb.

Ağır xəsarətlər alan Sədi Hüseynov telefonla dostlarına zəng edərək yardım istəyib.

Hadisə yerinə gələn yoldaşları onu Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

AzadliqRadiosuna xəstəxanadan deyiblər ki, Sədi Hüseynovun vəziyyəti yaxşılaşıb.

“Həmin şəxs axşam xəstəxanaya gətirilib. Ayı onun boynunu yaralayıb. Hazırda cərrahiyyə şöbəsində olan həmin şəxsin vəziyyəti yaxşıdır. Səhər yemək də yeyib, gəzib də. Yaxınları da yanındadır”.

Xəstəxanadan yaxın saatlarda onun evə buraxılacağını da bildiriblər.

Oxşar hadisə Şamaxı rayonunda ötən il də baş verib. Rayonun Çeşmədli kəndində də ayının adamları hücum olub.

Qaladadərəsi kəndində isə ayının toy məclisinə hücum çəkdiyi xəbər verilirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG